“WhatsApp” istifadəçi narazılıqlarına görə yeni qərarının icrasını təxirə saldı

 

“WhatsApp” mesenceri istifadəçi müqaviləsinə tətbiq etməyi planlaşdırdığı yeniləmənin icrasını təxirə salıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə şirkət rəhbərliyi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, yeniləmənin tətbiqetmə tarixi 8 fevraldan 15 may tarixinə keçirilib.

Xatırladaq ki, dünyanın ən çox işlədilən mesenceri “WhatsApp” 2021-ci ilin 8 fevral tarixindən yeni xidmət şərtlərinin və yeni gizlilik siyasətinin tətbiq olunacağını bildirmişdi.

Yeni siyasətə görə, istifadəçilərə dair məlumatlar messencerin sahibi olan “Facebook” şirkətinə ötürüləcək. Bu, narazılığa və etirazlara səbəb olmuşdu. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}