Son sutka ərzində dünyada 8 mindən çox insan koronavirusdan dünyasını dəyişib

 

Son sutka ərzində dünyada koronavirusa yoluxanların sayı 384 mindən çox artıb.

Şəffaflıq.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 384 min 956 nəfər yeni koronavirusa yoluxub, 8 min 230 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 113 milyon 467 min 303, ölənlərin isə 2 milyon 520 min 550 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}