Son sutkada dünyada koronavirusa yeni yoluxanların sayı 156 mini keçib

 

Dünyada son 24 saat ərzində 156 min 923 nəfər koronavirusa yoluxub.


Şəffaflıq.az xarici mənbələrə istinadən bildirir ki, bu say əvvəlki günlərlə müqayisədə yüksəkdir. Ümumilikdə, dünyada koronavirusa yoluxanların sayı son həftələrlə artan xətt üzrə gedir. Son saatlarda dünyada koronavirusdan ölənlərin sayı isə 4 min 428 nəfərdir. 

Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə gəldikdə isə Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 4,163,813. Sutka ərzində bu göstərici 71 287 artıb. Orada ölənlərin sayı 3 386 nəfərə artaraq 215 903-ə çatıb. Avropada 2 509 750 yoluxma və 192 645 ölüm faktı qeydə alınıb. 24 saat ərzində orada yoluxanların sayı 18 313, ölənlərin sayı 1726 nəfər artıb. 24 saat ərzində orada yoluxanların sayı 18 313, ölənlərin sayı 1726 nəfər artıb.

 Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Orada yoluxanların sayı 878 428-ə çatdı, 19 560 ölüm halı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 21 778 nəfər artıb, 519 nəfər ölüb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}