Səudiyyə Ərəbistanı Qaşıqçı məsələsi ilə bağlı ABŞ-ın ittihamlarını rədd edib

 

Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalist Camal Qaşıqçının qətlində krallıq rəhbərliyinin adının hallanması ilə bağlı ABŞ kəşfiyyatının hesabatını rədd edib.


Şəffaflıq.az xəbər verir ki, bu barədə “SPA” agentliyi ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

“Səudiyyə Ərəbistanı hökuməti hesabatda yer alan krallıq rəhbərliyi ilə bağlı neqativ, yalan və qəbuledilməz dəyərləndirməni tamamilə rədd edir və hesabatda yanlış məlumat və nəticələrin olduğunu bildirir”, - XİN-in açıqlamasında belə deyilir.

Bildirilib ki, ölkə rəhbərliyi cinayəti törədənlərə qarşı artıq lazımi tədbirlər görüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}