İrandan balansı dəyişdirəcək Səudiyyə Ərəbistanı AÇIQLAMASI!

 

Şəffaflıq.az xəbər verir ki, dünən Səudiyyə Ərəbistanının “İran ilə müzakirələrə hazır olduğunu” açıqlamasından sonra bu gün Tehran hakimiyyəti sülh üçün yaşıl işıq yandırıb.

İranın xarici işlər naziri Cavad Zərifin mətbuat katibi Abbas Musəvi Tehranın iki ölkə arasındakı gərginliyi aradan qaldırmaq üçün Səudiyyə Ərəbistanı ilə görüşə biləcəyini bildirərək deyib: “İran da qonşusu ilə danışıqlara eyni dərəcədə maraq göstərir”.

 Cavad Zərif özü bu gün “Tvitter” hesabından ərəb dilində bir mesaj paylaşaraq, İranın qonşusu ilə dialoqa hazır olduğunu bildirib. Zərif yazıb: “Bölgəyə yenidən sabitlik və inkişaf yaradacaq hər bir addımı məmnuniyyətlə qarşılayırıq”.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan dünən ölkəsinin İranla müzakirələrə hazır olduğunu deyərək əlavə eləmişdi: “Bir çox ölkə İranla bizim aramızda vasitəçilik eləməyi təklif edib”.

Uzun müddətdir ki, Səudiyyə Ərəbistanı ilə İran bir-birini terror qruplaşmalarını dəstəkləməkdə ittiham edirlər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}