Ağsu rayonu Ülgüc kəndinin qəhrəman şəhidini unutmayaq!

 

Bu günlərdə Ağsu rayon Ülgüc kəndinin qəhrəman şəhidi Cavadzadə Şaiq Faiq oğlunun yaşadığı evə getdik. Şəhidimizin valideynlərinin verdiyi məlumata görə Şaiq Cavadzadə könüllü olaraq 2-ci Vətən Müharibəsinə yollanmış və bu 44 günlük müharibədə topçu kimi döyüşmüşdür.

O, Fizuli şəhərinin alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qarabağ döyüşlərində böyük şücaət göstərmiş şəhid Şaiq Cavadzadə Vətən uğrunda və həm də Fizuli şəhərinin alınmasına görə medalları ilə təltif olunmuşdur.

Öyrəndik ki, o, evin yeganə oğul övladı olub - daha doğrusu 4 bacının bir qardaşı imiş.

Əminik ki, Cənab Prezident Ali Baş Komandan İlham Əliyev dəmir yumruq adlandırdığı bu döyüş əməliyyatında iştirak edən belə qəhrəman şəhidlərimizin ailələrini hər zaman öz diqqətində saxlayır. 


Biz isə şəhid Şaiq Cavadzadənin igidliyini, qəhrəmanlığını və buna dair təltiflərini paylaşmaqla bütün Azərbaycan İctimaiyyətini məlumatlandırmağı özümüzə borc bildik. Biz hamımız belə igidlərimizlə fəxr edirik!

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!
Qarabağ Azərbaycandır!  














 

Cavanşir Mirzəyev
Ruhiyyə Abdullayeva  
Ağsu rayonu
Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}