İranda zəlzələ olub, xəsarət alanlar var

 

İranın mərkəzi hissəsində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, yeraltı təkanların episentri Şəhrikürd şəhərindən 149 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib.

İranın “Tasnim” agentliyinin məlumatına görə, hadisə nəticəsində ən az 10 nəfər zərər görüb. Yasuc və Sisəxt şəhərlərində dağıntıların olduğu bildirilir. Zərərçəkmiş ərazilərdə bəzi yolların bağlandığı, su və elektrik təchizatında problemlərin olduğu qeyd edilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}