İranda 5,5 maqnitudalı zəlzələ olub


 

İranın cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İran Seysmologiya Mərkəzi məlumat yayıb.

Seysmoloqların verdiyi məlumata görə, yeraltı təkanları Bakı vaxtı ilə saat 01:31-də qeydə alınıb. Onun ocağı 19 kilometr dərinlikdə, episentri isə Hormozqan vilayətində yerləşib.

Eyni zamanda, ABŞ-ın Geoloji Araşdırmalar Xİdməti və Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin ocağının 8-10 kilometr dərinlikdə olduğunu qeyd edib.

Zəlzələ nəticəsində dağıntılar və tələfat barədə məlumat verilmir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}