ÜST-dən iddia: Çin COVID-19 barədə ilk məlumatları verməkdən imtina etdi


 

Çin səlahiyyətliləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərinin koronavirusla bağlı ilk məlumatları araşdırmasına köməkdən imtina ediblər.

Şəffaflıq.az bildirir ki, bu barədə “Wall Street Journal” ÜST mütəxəssisi Dominik Dvayerə istinadən xəbər yayıb.

Qeyd edilir ki, səlahiyyətli orqanlar “epidemioloji araşdırma üçün standart” sayılan bütün məlumatları deyil, yalnız bir neçə nümunə təqdim ediblər.

Duayer əlavə edib ki, tələblər 2019-cu ildə Uhanda aşkar edilmiş 174 yoluxma üçün olub.

O, Çinin məlumatları paylaşmamasının ÜST nümayəndə heyəti ilə çinli həmkarları arasında sərt müzakirələrə səbəb olduğunu bildirib.


Hazırda alimlər daşıyıcının yaradılması üzərində işlərini davam etdirirlər.

Xatırladaq ki, bu ilin yanvar ayının ortalarında ÜST mütəxəssisləri yeni koronavirusun mənşəyini araşdırmaq üçün Uhana gediblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}