Dünya koronavirusa görə qan ağlayır, Uhanda camaat kef edir

 

Koronavirusun ilk ortaya çıxdığı Çinin Uhan şəhərində insanlar Yeni ili böyük coşqu ilə qarşılayıb.

Şəffaflıq.az xarici KİV-lərə istinadən bildirir ki, koronavirus pandemiyasının başladığı Uhanda minlərlə insan Yeni ili qarşılamaq üçün küçələrə axışaraq, bir araya gəliblər.

Artıq Uhanda heç bir yoluxma faktının olmadığı deyildiyi üçün insanlar rahat şəkildə birlikdə meydanlara toplaşaraq, əyləniblər.

Xatırladaq ki, dünyanın bəlasına çevrilən COVİD-19 2019-cu il dekabrın ortalarında Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin aşkar olunması ilə başlayıb. 31 dekabrda isə Çin hökuməti naməlum pnevmoniyanın başlaması haqda Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verib. Bir neçə gün sonra 2020-ci ilin 22 yanvarında Uhanda karantin rejimi tətbiq edilib. ÜST yayılan yeni virusun adını COVİD-19 qoyaraq, martın 11-də pandemiya elan edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}