Azərbaycanlı hüquqşünas London meri olmaq istəyir- FOTO

 Azərbaycanlı hüquqşünas və vəkil, Bakıda doğulmuş Kamran Balayev Britaniyanın paytaxtı Londonun meri postuna seçkilərə namizəd qismində qatılıb.
Şəffaflıq.az bildirir ki, Londonda mer seçkiləri mayın 6-da keçiriləcək. Post uğrunda 18 namizəd mübarizə aparacaq.
1981-ci ilin oktyabrın 4-də Bakıda doğulmuş 40 yaşlı Kamran Balayev Kembric Universitetini, habelə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbini (London School of Economics and Political Science, LSE) bitirib. Hüquq elmləri doktoru olan həmyerlimiz "Sərhədsiz hüquqşünaslar" (Lawyers Without Borders) təşkilatının banisi və rəhbəridir.
Avropa Şurasında, ATƏT-də, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığında, Avropa İnsan Haqları Məhkəməsində və İnterpolda çalışmış K.Balayev namizədliyini Britaniyanın "Yenilənmə" (Renew) Partiyasından irəli sürüb.
Milli.Az


 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}