AŞPA Rusiya nümayəndə heyətinin etimadnaməsini təsdiqləyib

 

Avropa Şurası Parlament Assambleyası Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləyən qərar qəbul edib.

Şəffaflıq.az xəbər verir ki, səsvermə zamanı 107 millət vəkili qətnamənin lehinə, 36-sı əleyhinə səs verib, 24-ü bitərəf qalıb. Qərar AŞPA-nın rəsmi saytında yerləşdirilib.

Xatırladaq ki, sessiyanın ilk günü - 25 yanvarda Ukrayna nümayəndə heyətinin rəhbəri Mariya Mezentseva Rusiya nümayəndə heyətinin səlahiyyətlərini mübahisələndirməyi təklif edib. Prosedur qaydaları ilə bağlı açıqlamadan sonra səsvermə keçirilib, nəticədə Ukrayna təmsilçisinin təşkilatın əsasnaməsinin 8-ci maddəsinə uyğun olaraq nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təklifi dəstəklənib. Beş fərqli ölkədən 38 millət vəkili təklifin lehinə səs verib.

Rus millət vəkilləri isə dəfələrlə hüquqlarının məhdudlaşdırılmasının qəbuledilməz olduğunu və məclis bu qərarı dəstəkləsə, platformanı tərk edəcəklərini bildiriblər.

Ötən gün isə məclisin profil komitəsi Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyi tövsiyə etmişdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}