AŞPA-da Belarus haqqında sərt bəyanat qəbul edilir - Ukraynanın təşəbbüsü ilə

 

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ukrayna nümayəndə heyətinin təşəbbüsü ilə Belarusdakı hadisələrlə bağlı xüsusi sənəd hazırlayır.


Şəffaflıq.az Ukrayna mediasına istinadən xəbər verir ki, bəyannamə Ukraynanın Qərbdəki tərəfdaşları tərəfindən dəstəklənir.

Ali Radanın AŞPA-dakı nümayəndə heyətini rəhbəri Yelizaveta Yaskonun yerli mətbuata verdiyi məlumata görə, bu təşəbbüs Estoniyadan Mariya Yufereva Skuratovski, Latviyadan İnese Libin-Eqner, Litvadan Algirdas Butkeviçyus və Böyük Britaniyadan Rocer Geylin imzası ilə Assambleyaya təqdim olunub.

Bəyannamədə Belarusda bu il avqust ayının 9-da keçirilən seçkilərin, həm seçkiöncəsi kampaniya, həm də səslərin sayılması prosesinin standartlara uyğun olmadığı, kütləvi seçki və insan haqlarının pozulması hallarının baş verdiyi, seçkinin nəticələrinin Belarus xalqının iradəsini əks etdirmədiyi vurğulanıb.

Bundan başqa, sənəddə paytaxt Minskdə və digər şəhərlərdə dinc nümayişdə iştirak edən şəxslərə qarşı zorakılıq hallarının tətbiq edilməsi kəskin şəkildə qınanılıb. Bununla qətnamə müəllifləri rəsmi Minski dərhal öz opponentləri ilə dialoqa getməyə çağırıb.

Sənəddə Belarusda dinc vətəndaşlara divan tutan şəxslərə qarşı müstəqil araşdırmanın başlanmasının doğru olacağı ifadə edilib. AŞPA həmçinin hakimiyyətlə müxalifət arasında danışıqlar üçün hər cür yardım etməyə hazır olduğunu bəyan edib.

Sənədin ən mühüm yeri Rusiya ilə bağlıdır. Burada rəsmi Moskvadan Belarusun daxili işlərinə qarışmamaq tələb olunur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}