Almaniyada son sutkada koronavirusdan ölüm sayı 1000-i ötdü

 

Almaniyada son 24 saatda 1013 nəfər koronavirusdan vəfat edib.

Şəffaflıq.az xəbər verir ki, son 24 saatda 20 min 398 nəfərə koronavirus diaqnozu qoyulub.

Almaniyada yoluxucu xəstəliklər sahəsində araşdırmalar aparan Robert Koç İnstitutundan bildirilib ki, ölkədə “COVID-19”a yoluxma sayı 2 milyon 88 min 400-ə yüksəlib, ölüm sayı isə 49 min 783-ə çatıb.

Koronavirus səbəbindən reanimasiyada müalicə alanların sayı 4 min 836-dır, onlardan 2 min 777-si süni nəfəs aparatına qoşulu vəziyyətdədir.

İndiyədək ölkədə 1 milyon 300 min nəfər koronavirus vaksinasiyasından keçib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}