Braziliyada son sutkada 17,3 mindən çox insana COVID-19 diaqnozu qoyulub

 

Braziliyada son sutka ərzində daha 17 341 nəfərin koronavirus infeksiyasına yoluxması, 293 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 7 733 746 nəfər yoluxub. Bu müddət ərzində 196 018 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 6 813 008 xəstə müalicə olunaraq sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}