Gürcüstanda məhdudiyyətlərin tətbiqi müddəti 6 ay uzadıldı

 

Gürcüstan hökumətinin pandemiya dövründə ölkədə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etmək səlahiyyəti 6 ay müddətinə uzadılıb.

Şəffaflıq.az xəbər verir ki, Gürcüstan parlamenti “İctimai sağlamlıq” haqqında qanuna düzəlişləri yekdilliklə dəstəkləyib.

Düzəlişlərə əsasən, hökumət 2021-ci ilin iyulun 1-dək məhdudlaşdırıcı tədbirləri həyata keçirmək səlahiyyətinə malik olacaq.

Qeyd edək ki, cari ilin iyulunda hökumətə bu səlahiyyət 2021-ci ilin yanvarın 1-dək verilmişdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}