Bu ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı

 

Fələstində koronavirusla mübarizə çərçivəsində fövqəladə vəziyyət rejimi bir ay müddətinə uzadılıb. 

Şəffaflıq.az “WAFA” agentliyinə istinadən bildirir ki, müvafiq Fərmanı ölkə Prezidenti Mahmud Abbas imzalayıb.

“Prezident Mahmud Abbas, sentyabrın 4-dən başlayaraq, Fələstin ərazilərində daha 30 gün müddətinə fövqəladə vəziyyətin elan edilməsi haqqında prezident Fərmanı imzalayıb”, - məlumatda deyilir.

“Worldometers”ə əsasən, Fələstində ümumilikdə 25 142 nəfərdə koronavirus aşkarlanıb, 170 nəfər bu virusun qurbanı olub, 16 437 nəfər sağalıb. Ölkədə 8 535 aktiv koronavirus xəstəsi var.  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}