Epidemioloji vəziyyətlə bağlı ova icazə yoxdur

 

“Sentyabrın 27-də Vətən müharibəsinin başlaması və gedişatı ilə əlaqədar, həmçinin epidemioloji durumun daha da kəskinləşməsi ilə bağlı ov mövsümünün dayandırılması qərara alınıb”.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə feysbukda canlı yayım zamanı bildirib. O qeyd edib ki, ilin əvvəlindən pandemiya ilə bağlı bir sıra məhdudiyyətlər olduğu kimi, ov mövsümünə də məhdudiyyətlər qoyulmuşdu. Yay aylarında həmin məhdudiyyətlərin əksəriyyəti götürüldü, ölkədə epidemioloji durum daha da sabitləşdi. Sentyabrın 1-dən isə ov mövsümü açıq elan edildi, bununla bağlı bütün vətəndaşlar məlumatlandırıldı və xeyli insan icazələr əldə etdi.

“Lakin sentyabrın 27-dənetibarən Vətən müharibəsinin başlanması, həmçinin epidemiloji durumun daha da kəskinləşməsi ilə bağlı ov mövsümünün saxlanılması qərara alındı. Artıq Vətən müharibəsi bitib, ölkədə hərbi vəziyyət ləğv edilib, lakin epidemioloji vəziyyət heç də ürəkaçan deyil. Ov məsələləri də insanların birgə, qrup halında ov etməsi, ov məhsullarından istifadəsi ilə bağlıdır. Vətəndaşların regionlar arasında hərəkət etməklə bağlı məhdudiyyətlərə görə hazırda ov məsələsinə icazə verilmir. Çünki vətəndaşlar bir regiondan icazə alıb başqa regiona ova gedirlər. İcazə verilən zaman ictimaiyyətə məlumat veriləcək”, - deyə xidmət rəisi vurğulayıb.

H. Əlizadə bütün ov həvəskarlarını bu məhdudiyyətlərə əməl etməyə çağırıb və bildirib ki, əks halda onlar məhrumiyyətlərlə üzləşəcəklər.
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}