Yupiter və Saturnun “böyük qovuşması” kosmosdan qeydə alındı

 

800 ilə yaxın bir müddətdə ilk dəfə baş verən Yupiter və Saturnun “böyük qovuşması” Beynəlxalq Kosmik Stansiyadan qeydə alınıb.

Şəffaflıq.az bildirir ki, bu barədə “Zvezda” xəbər yayıb.

Kosmonavt Sergey Kud-Sverçkov “Twitter”də bununla bağlı fotoları paylaşıb.

“Ötən gecə onları yalnız altı qövs dəqiqəsi ayırdı (məsələn, bu Ay diskinin 1/5 hissəsidir) və adi gözlə səmada parlaq ikiqat ulduz kimi göründülər”, - deyə BKS heyət üzvü fotolara şərh verib.

Xatırladaq ki, iki planetin maksimum yaxınlaşması dekabrın 21-də baş verib. Yer kürəsindən bu, iki parlaq ulduzun birləşməsi kimi göründü.

Bu fenomenal hadisə yalnız bir neçə yüz ildə bir dəfə baş verir.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}