Əsas Səhifə > Maraqlı > Yupiter və Saturnun “böyük qovuşması” kosmosdan qeydə alındı

Yupiter və Saturnun “böyük qovuşması” kosmosdan qeydə alındı


24-12-2020, 10:55

 

800 ilə yaxın bir müddətdə ilk dəfə baş verən Yupiter və Saturnun “böyük qovuşması” Beynəlxalq Kosmik Stansiyadan qeydə alınıb.

Şəffaflıq.az bildirir ki, bu barədə “Zvezda” xəbər yayıb.

Kosmonavt Sergey Kud-Sverçkov “Twitter”də bununla bağlı fotoları paylaşıb.

“Ötən gecə onları yalnız altı qövs dəqiqəsi ayırdı (məsələn, bu Ay diskinin 1/5 hissəsidir) və adi gözlə səmada parlaq ikiqat ulduz kimi göründülər”, - deyə BKS heyət üzvü fotolara şərh verib.

Xatırladaq ki, iki planetin maksimum yaxınlaşması dekabrın 21-də baş verib. Yer kürəsindən bu, iki parlaq ulduzun birləşməsi kimi göründü.

Bu fenomenal hadisə yalnız bir neçə yüz ildə bir dəfə baş verir.




Geri qayıt