Bu qeyri-adi meyvəni səhər yeyən axşama qədər hirslənmir

 

Tropik meyvə sayılan marakuya bizə bir o qədər tanış deyil.


Çünki C vitamini ilə zəngin meyvə bu coğrafiyada yetişmir. Marakuyanı, adətən, Cənubi Amerikadan Avropaya ixrac edirlər. Çünki meyvənin vətəni məhz ora sayılır.

Şəffaflıq.az xəbər verir ki, Türkiyədə bir vətəndaş marakuya yetişdirməyi bacarıb. Antalyanın Serik ilçəsində yaşayan Bəkir Kara işlədiyi otelin bağçasında rast gəldiyi qeyri-adi meyvəni yetişdirmək qərarına gəlib. Eşq meyvəsi kimi tanınan marakuya antalyalıya böyük xeyir gətirib. Bəkir Kara indi eşq meyvəsi kimi tanınan məhsulun birini 20 lirəyə (təxminən 4.5 manat) satır.

Marakuyanın faydasını saymaqla bitməz. Bu meyvəyə pandemiya dövründə xüsusi tələbat artıb. Üstəlik, stressin düşməni olması eşq meyvəsini məşhurlaşdırıb. Cənubi Amerikada deyirlər ki, marakuyanı səhər yeyən şəxs axşama qədər hirslənmir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}