Gürcüstanda son sutkada 2 720 nəfər koronavirusa yoluxub, 46 nəfər ölüb

 

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 720 yoluxma halı qeydə alınıb, 46 nəfər ölüb.


Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 189 726, ölənlərin sayı isə 1790 nəfərə çatıb. Virusa yoluxanlardan 158183 nəfərin isə sağaldığı bildirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}