Pensiyaçı qadın qonşularına 6 milyon avro miras qoyub
Şəffaflıq.az AZƏRTAC-a istinadən bildirir ki, miras bank hesabı, aksiyalar, zinət əşyaları, ev və digər əmlakdan ibarətdir. Kommunanın burqomistri Bernd Hayne "Hessenscha" nəşrinə müsahibəsində etiraf edib ki, əvvəlcə ianənin məbləğinə inanmayıb. Düşünüb ki, vergül işarəsi itib.
Yerli hakimiyyət orqanlarından verilən məlumata görə, bu vəsait ictimai obyektlərə və infrastruktura, o cümlədən velosiped yollarına, hovuzlara və uşaq bağçalarına xərclənəcək.
Renata Vedel 1975-ci ildə həyat yoldaşı Alfredlə birgə Valdsolmsa köçüb. Ərini itirən qadın 2016-cı ildən Frankfurt şəhərindəki qocalar evinə yaşayıb və 2019-cu ilin dekabrında 81 yaşında dünyasını dəyişib.
Facebook-da paylaş