“Cəsarəti çatmır ki, Ərdoğan və Əliyevə cavab versin” – Erməni general Artur Vanetsyan deyib.
Şəffaflıq.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi general Artur Vanetsyan deyib.
“Nikol Paşinyanın artıq gücü yoxdur. Ermənistan onun alternativi olmayan qərarları üzündən bölündü. Bu gün dünyada özünə inanan bir hökumətimiz yoxdur, çünki öz dövlətini təslim edən hökumət digər dövlətlərin hörmətini qazana bilmir”, - Vanetsyan qeyd edib.
Onun sözlərinə görə, müharibədəki məğlubiyyətin əsas səbəblərindən biri Rusiya ilə münasibətlərin biabırçı vəziyyətidir:
“Hərçənd ki, Nikol Paşinyan təkcə Rusiya ilə yox, Ermənistanın istisnasız olaraq bütün geosiyasi mərkəzlərlə münasibətlərini korlayıb. Paşinyan Rusiya, Avropa, ABŞ, Çin, İran və ərəb dünyasında ciddi qəbul edilmədi. Paşinyan Ermənistanı xarici dünyadan təcrid etmək siyasətini həyata keçirdi, nəticədə beynəlxalq münasibətlər subyektindən bir obyektə çevrildik. Ermənistan lideri Əliyevlə Ərdoğan Ermənistan ərazisindən yol çəkiləcəyi barədə danışarkən cavab verməyə cəsarət etmir”.
Facebook-da paylaş