Moldova prezidenti xalqı mitinqə səsləyib

 

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu xalqa müraciət edib.

Şəffaflıq.az xəbər verir ki, Sandu müraciəti zamanı xalqı bazar günü etiraz aksiyasına çıxmağa səsləyib.

O, müraciəti zamanı Şor Partiyası ilə İqor Dodonun Sosialistlər Partiyasının hökumətini "quldurlar dəstəsi" adlandırıb. Sandu iki partiyanın qəbul etdiyi qanunlara görə Konstitusiya Məhkəməsinə müraciət edəcəyini bildirib:

“Onlar bütün müəssisələrin başına Dodon və Şorun adamlarını qoymaq niyyətindədirlər. Dodon-Şor koalisiyası parlamenti daha 2 il saxlamaq istəyir. Onlar bu parlamenti öz sxemlərini və oğurluqlarını gizlətmək üçün saxlamaq istəyirlər. Bu parlament getməlidir. O, xalqa qarşıdır”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}