Azərbaycan Prezidenti Moldovanın yeni seçilmiş Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın yeni seçilmiş Prezidenti xanım Maya Sanduya təbrik məktubu göndərib.
Şəffaflıq.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin birgə səylərlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inandığı bildirib.
Prezident İlham Əliyev yeni seçilmiş Prezident Maya Sanduya möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}