"Cavab veriləcək" - Türk donanması döyüşə hazır vəziyyətə gətirildi

 Türkiyənin “qərəzli əməliyyat” adlandırdığı Avropa İttifaqının “İrini Əməliyyatı” çərçivəsində türk bayrağı ilə hərəkət edən ticarət gəmisinə Ankaranın icazəsi olmadan qanunsuz müdaxiləsi gərginlik yaradıb. Diqqət Türkiyənin atacağı addıma yönəlib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.
Nəşr qeyd edib ki, Türkiyənin suverenliyinə qarşı ciddi müdaxilə olan olaya qarşı Ankaranın beynəlxalq hüquqdan irəli gələn cavab vermək haqqı var:
“Bu baxımdan, ilk növbədə, Avropa İttifaqı, İtaliya və Almaniyanın Ankaradakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılaraq, Türkiyənin icazəsi olmadan “Roseline-A” gəmisinə hərbi qüvvə çıxarılması və qanunsuz yoxlanılmasına etiraz edilib və nota verilib. Verilən notada olayın beynəlxalq hüquq normalarına zidd olduğu, Türkiyənin təzminat haqlarının da müdafiə edildiyi bildirilib.
Türkiyə nota verməklə yanaşı, tərəflərdən üzr gözləyir. Üstəgəl, Türkiyənin hadisəyə buna bənzər reaksiya verməsinin qarşısında heç bir əngəl yoxdur. Məsələn, Yunanıstan bayraqlı ticarət gəmilərinin sıx fəaliyyət göstərdiyi Şərqi Aralıq dənizində qarşılıqlı prinsipinin tələbləri beynəlxalq hüquq çərçivəsində tətbiq oluna bilər. Bu da bir kart olaraq, masada durur. Türk donanmasının Liviya ərazisindəki hərbi gəmiləri də hadisədən sonra ehtimal olunan yeni təzyiq və təxribatlara qarşı hazır vəziyyətə gətirilib”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}