Ermənistanda bir gündə 41 nəfər COVID-19-dan ölüb

 Ermənistanda daha 472 nəfərdə koronavirus aşkarlanıb.
Şəffaflıq.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 114 383-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 41 nəfər artaraq 738-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 448-a yüksəlib. İndiyədək 74 105 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 39 564 aktiv koronavirus xəstəsi var.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}