Çavuşoğlu: “İşğal edilmiş torpaqların hamısı Azərbaycana veriləcək”
“İşğal edilmiş Azərbaycan ərazilərinin tamamı Azərbaycana veriləcək. Digər tərəfdən, bu razılaşmanın altında Ermənistan rəhbərinin imzası varmı? Var”.
Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.
“Biz daha öncə atəşkəs imzalamışıq, yenə pozarıq desələr, o zaman bədəlini ödəyərlər. Burada Azərbaycan qan tökməyə həvəsli deyil, hər nə qədər himnində “həm qadirik, həm hazırıq” deyirsə, Azərbaycan bu işin sülh yolu ilə çözülməsi üçün çox səbir edib”, - o qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş