Paşinyan məğlubiyyətini ordusunun istəyinə bağladı
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı məğlubiyyət anlaşmasına niyə daha əvvəl imza atılmamasına münasibət bildirib.
Şəffaflıq.az xəbər verir ki, Paşinyan bu barədə feysbukda canlı yayımda etdiyi müraciətdə danışıb. O qeyd edib ki, Qarabağla bağlı müqavilə ordunun tövsiyəsi ilə imzalanıb.
“Ordu dayanmağın lazım olduğunu bildirdi. Çünki problemlərimiz var, onların həlli üçün isə perspektiv yoxdur və resurslar tükənib”,- deyə Paşinyan qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş