Ermənilər Tərtərə 36-ya yaxın top mərmisi atdı
Cəbhədə gərgin döyüşlər davam edir.
Noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutub.
Düşmən rayon rayon ərazisinə ümumilikdə 36-ya yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb. (report)
Xəbəri paylaş
Facebook-da paylaş