Xankəndi boşaldılır - Qadınlar və uşaqlar şəhərdən çıxarılıb
Şəffaflıq.az xəbər verir ki, "İzvestiya" nəşrinin mənbələrinə istinadən yaydığı məlumata görə, artıq bütün qadınlar və uşaqlar şəhərdən çıxarılıb. Nəşrin hərbi dairələrdəki mənbəyi bildirib ki, yaxınlıqdakı şəhərlərdə də vəziyyət gərgin olaraq qalır.
Bir neçə gün öncə özünü Xankəndinin "mer"i kimi təqdim edən David Sarkisyan da "Sputnik Ermənistan"a açıqlamasında bildirmişdi ki, sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayana qədər şəhərdə 56 min sakin yaşayıb. İndi isə bu rəqəm 17 min və ya əhalinin təxminən 30% -ni təşkil edir.
Xankəndinin boşaldılması, rəsmilərin ərazini tərk etməsi Ermənistan cəmiyyətində, habelə silahlı qüvvələrin şəxsi heyətində ruh düşkünlüyünü daha da artırıb.
Xatırladaq ki, qondarma rejimdə "vəzifə" tutan 9 şəxs də Xankəndini tərk etmişdi. Araik Arutyunyan bu cür fərarilərə qarşı "sərt tədbirlərin görüləcəyini" bildirmişdi."Qafqazinfo"
Facebook-da paylaş