İzmirdə binaların uçmasına görə 9 nəfər həbs edilib

 

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda meydana gələn 6,6 ballıq zəlzələdə uçan binaların podratçıları və tikintiyə məsul şəxslər daxil olmaqla 11 nəfərdən 9-u həbs edilib.

Şəffaflıq.az “Hürriyet”ə isitnadən xəbər verir ki, digər 2 nəfərin də saxlanılması istiqamətində işlər davam etidirilir.

Qeyd edək ki, zəlzələdən sonra İzmir şəhər prokurorluğu tərəfindən cinayət işi açılıb.

Zəlzələdə bu vaxtadək 92 nəfər öldüyü, 994 nəfərin xəsarət aldığı bildirilir. Hadisə zamanı 20 bina çöküb, 26-sı isə qəzalı vəziyyətə düşüb. Qəzalı vəziyyətdə olan binaların da sökülməsinə qərar verilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}