AZƏRBAYCAN İNDİ YALNIZ QARABAĞ PROBLEMİNİ HƏLL ETMİR... – Regiona bəlalar gətirmiş 200 illik “erməni məsələsi” qapanır!

 

ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkil etdiyi Çenevrə görüşünü danışıqlar müstəvisində sonuncu cəhd adlandırmaq olar. 6 saatlıq müzakirələrin yekununda ortaya çıxan bəyanat bundan sonra hərbi əməliyyatlar zamanı Çenevrəkonvensiyalarına əməl etmək və beynəlxalq təşkilatların humanitar fəaliyyətinəşərait yaratmaq barədə öhdəlikləri ehtiva edir.

Ermənistan ağır məğlubiyyətə uğrasa da hələlik kapituliyasiyanı qəbul etmir. Azərbaycan isə 27 illik danışıqlarda müzakirə olunan bütün variantları kənara itələyərək problemi hərbi yolla həll etməyə qərar verib. Yəni hərbi faza başa çatana qədər tərəflərin bir daha masa arxasında oturacağı inandırıcı deyil. Bu məsələ artıq Bakı, və İrəvan üçün əhəmiyyətsizdir.

Ermənistan danışıqlarda ona görə iştirak erdirdi ki, həmsədr ölkələrin Azərbaycana maksimum təzyiqini əldə edib atəşkəsə nail olsun. Son 20 gündə bu istiqamətdə göstərilən bütün cəhdlər, təzyiqlər iflasa uğradı. Azərbaycan rəhbərliyinin prinsipial mövqeyini dəyişmək mümkün olmadı.

İrəvanın ikinci əsas məqsədi atəşkəsə nail olaraq əlavə güc toplayıb, itkilərin yerini doldurub, yeni müdafiə xətləri qurub daha güclü müqavimət, mümkün olarsa əks-hücum əməliyyatları həyata keçirmək idi. Proseslər göstərdi ki, bu niyyət də baş tutmadı, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq qısa müddətdə böyük əraziləri işğaldan azad etdi. Bu zaman erməni hərbi birləşmələri çoxsaylı tələfat verdi, yüzlərlə hərbi texnika itirdi.

Paşinyan hakimiyyətinin daha bir məqsədi erməni cəmiyyətini Qarabağın müdafiəsi üçün birləşdirib, ümumxalq hərəkatına nail olmaq idi. Ermənistandan gələn xəbərlər göstərir ki, cəmiyyət ardıcıl məğlubiyyətdən sarsılıb, qələbə qazanmağa ümidlər yox dərəcəsindədir. Çoxsaylı itkilər ölkədə böyük qorxu yaradıb, orduda və arxada fərariliyin baş alıb getməsinə səbəb olub.

Nəhayət, Ermənistan Rusiyanı münaqişəyə cəlb etməklə müharibənin miqyasını genişləndirib Azərbaycanı əvvəlki status-kvoya məcbur etməyə çalışsa da buna nail ola bilmədi. Paşinyanın Vladimir Putinə hərbi yardımla bağlı müraciətinə konkret "yox" cavabı verilməsi İrəvanın sonuncu ümidinin puça çıxdığını göstərir.

Beləliklə, Ermənistan döyüşdə olduğu kimi diplomatik müstəvidə də Azərbaycana uduzdu. İndi maksimum hədəf müharibəni daha uzun müddətə çəkməklə uyğun beynəlxalq şəraitdə sülh razılaşmasına getməyə çalışacaq.

Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan üçün də danışıqlar mərhələsi qapanıb. Əlbəttə, Bakı Moskvaya, Vaşinqtona və Cenevrəyə hansısa sülh, yaxud atəşkəs razılaşmasının detallarını müzakirə etmək üçün getməyib. İlk növbədə münaqişə Azərbaycanın mövqeyinə və beynəlxalq hüquqa uyğun şəkildə həll olunarsa, sülh prosesinə hazır olduğunu göstərir.

İkincisi, Ermənistana və həmsədr ölkələrə özünün haqlı və prinsipial mövqeyini təqdim edir. Eyni zamanda qarşı tərəfdən tələb olunan şərtlərə əməl etməyi gözləyir. Bu müstəvidə yeganə seçim imkanı qalan ölkə Ermənistandır ki, o da hələlik kapitulyasiyanı seçmək istəmir.

Azərbaycan üçün belə daha rahatdır: Ordu sürətlə irəliləyərək işğalda olan əraziləri azad edir, düşmənə öldürücü zərbələr vurur. Hərbi ekspertlərin qənaətinə görə, Şuşa, Laçın rayonlarının işğaldan azad olunmasına, bununla da Ağdam istiqamətindəki erməni hərbi birləşmələrinin mühasirəyə düşməsinə az qalıb. Düşmənin bu vəziyyətdən çıxması üçün heç bir real imkanı yoxdur.

Azərbaycan üçün bütün torpaqların hərbi yolla azad edilməsi və dövlət suverenliyinin bərqərar edilməsi daha məqbul yoldur. Bu, təkcə Qarabağ probleminin həllini deyil, 200 illik "erməni məsələsi"nin birdəfəlik qapanmasını, Ermənistanın ağır tənəzzülə uğrayaraq mövcudluğunun təhlükə altına düşməsi deməkdir.

Bunun üçün əlverişli tarixi şərait yaranıb. Ermənistan rəhbərliyi öz fəlakətinin miqyasını dərk etmirsə, bu onların seçimidir.

Azərbaycan yaranmış tarixi fürsəti qaçırmayacağı qətidir. Bunu prezident İlham Əliyev də açıq şəkildə ifadə edərək sona qədər gedəcəyini bəyan edib.

Azərbaycan cəmiyyəti də bu mütləq qələbənin zəruriliyini başa düşür və onun əldə olunması üçün bütün gücü ilə çalışır. Bu böyük birliyin, vəhdətin, həmrəyliyin doğurduğu böyük zəfər yaxındadır!

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}