Xankəndində doğum evinin “vurulması” yalanı İFŞA OLUNDU
Şəffaflıq.az xəbər verir ki, ermənilərin yaydığı növbəti saxta xəbərlərdən biri Azərbaycan Ordusunun guya Xankəndi şəhərində yerləşən doğum evini atəşə tutması ilə bağlıdır. Apardığımız araşdırma zamanı məlum olub ki, ermənilərin "doğum evi" kimi təqdim etdiyi bina tikintisi başa çatmamış tikilidir. Həmin bina ümumiyyətlə, indiyədək heç vaxt doğum evi kimi fəaliyyət göstərməyib. Hazırda tikintisi davam edən binanın ilin sonunda istifadəyə veriləcəyi gözlənilirdi.
İşğalçı ölkə bununla Bərdə terrorunu dünya ictimaiyyətinin diqqətindən çəkməyə çalışsa da, nəticədə istəyinə nail ola bilmir.
Bu fakt bir daha təsdiqləyir ki, Ermənistan tərəfinin yaydığı məlumatlar saxtadır, məqsəd insanlar arasında çaşqınlıq yaratmaq, onlarla günahsız azərbaycanlının ölümünə səbəb olan qanlı cinayətlərə bəraət qazandırmaqdır.
Facebook-da paylaş