Donald Trampın Çin bankındakı hesabı aşkarlandı
Birləşmiş Ştatların prezidenti Donald Trampın Çin bankında hesabları aşkar olunub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetində məlumat yayılıb.
Qəzet həmin pulların ABŞ dövlət başçısının yeni vergi hesabatlarında üzə çıxdığını bildirib.
Məlum olub ki, prezidentin sahib olduğu “Trump International Hotels Management LLC” şirkəti Çin bankındakı hesabın əsas idarəçisi olub. Şirkət hətta Çin hökumətinə vergi olaraq 188 min dollar pul da ödəyib.
Qeyd olunur ki, Ağ Evin sahibinin Böyük Britaniya və İrlandiyada daha iki bank hesabı da ortaya çıxıb.
“Trump Organization” korporasiyasının hüquqşünası Alan Qarten bununla bağlı xəbərləri təsdiqləyən açıqlama yayıb.
A.Qarten bank hesabının Donald Trampın Çində iş görmək üçün ofis açmasından sonra yaradıldığını vurğulayıb.
Facebook-da paylaş