İlham Əliyev: "Ermənistanın əlində bir dənə də olsun Azərbaycanın hərbi texnikası yoxdur"

 

“Bu gün Azərbaycan Ordusu bütün istiqamətlər üzrə erməni ordusuna çox sarsıdıcı zərbələr endirib”.

Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyənin NTV televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Dünənə olan dəqiq məlumata görə, 200 erməni tankı məhv edildi, 33 erməni tankı qənimət götürüldü. Ermənistanın əlində bir dənə də olsun Azərbaycanın hərbi texnikası yoxdur. 2 S-300 hava hücumuna qarşı müdafiə sistemi, 35 dənə “OSA” hava hücumundan müdafiə sistemi məhv edilib” , - Prezident vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}