Dünyada COVID-19 pandemiyasına görə məhdudiyyətlər sərtləşdirilir


 

Dünyada koronavirus pandemiyası və yeni yoluxma hallarının artması səbəbindən məhdudiyyətlər sərtləşdirilir.

Şəffaflıq.az xəbər verir ki, Niderlandda restoran və barlar bağlanıb. Həvəskar idman yarışları müvəqqəti olaraq qadağan edilib. Axşam saatlarında alkoqollu içki satışı azaldılıb.

Böyük Britaniyada üçsəviyyəli məhdudiyyət sistemi tətbiq edilib. Şəhərlərdə qadağalar vəziyyətdən asılı olaraq tətbiq ediləcək. “Yüksək” təhlükə səviyyəsində publar və kafelər saat 22:00-da bağlanacaq. Altı nəfərdən çox qrup şəklində toplanmağa icazə verilmir. Digər yandan, Liverpul şəhərində ən sərt tədbirlər tətbiq edilir.

Pekin rəhbərliyi şəhərə girənlərin sayını məhdudlaşdırıb. Belə ki, artıq şəhərə gələn qonaq sayı gündəlik 500 nəfərdən çox ola bilməz.

Slovakiyada məktəblilər distant təhsilə keçirilib. Ölkədə kütləvi tədbirlər qadağan edilib.

Ukraynada kafe və restoranların işinə məhdudiyyət qoyulub. Saat 22:00-dan sonra bu məkanlar işləməyəcək. Universitet tələbələri distant təhsilə keçirlər.

Çexiyada bütün kinoteatrlar və fitness mərkəzləri iki həftə müddətinə bağlanıb. Kafe və restoranlar yalnız yerli vaxtla saat 20:00-dək açıqdır, masa ətrafında isə ən çox dörd nəfər otura bilər. Altı nəfərdən çox qrup halında görüşmək qadağandır.

İtaliya, Almaniya və Belçikada məhdudiyyətlə bağlı qaydaları pozmağa görə tətbiq olunan cərimələrin məbləğinin artırılması planlaşdırılır. Maska rejiminə riayət etməyənlər 1 000 avro cərimələnəcək. Bu ölkələrdə yeni yoluxma hallarının sayı əhəmiyyətli dərəcədə, təxminən, 90% artıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}