Bakıda-Abşeron yarımadasında jurnalistlər bağı salındı - FOTO
Şəffaflıq.az xəbər verir ki, "Bu yaz özün bir təbiət yarat" adlı kampaniya çərçivəsində baş tutan aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və ETSN-nin rəhbər şəxsləri ilə birlikdə media nümayəndələri də iştirak ediblər.
Tədbir çərçivəsində nazirlik tərəfindən ayrılmış ərazidə yaşıllıq salınıb, jurnalistlərin təşəbbüsü ilə bağa “Yaşil Qələm” - “Jurnalistlər bağı” adı verilib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə müsahibəsində bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd yaşıllaşdırmanın daha da inkişaf etdirilməsidir. Nazir, həmçinin ağacəkmə aksiyasının təkcə Abşeron yarımadasında yox, ölkənin hər bir bölgəsində olacağını qeyd edib. Feyxoa, yapon əzgili və digər növ ağacların əkildiyi aksiyada ümumilikdə 2 minə yaxın ağacın əkildiyi bildirilib.
Vahid
Şəffaflıq.az
Facebook-da paylaş