Birinci vitse-prezident Azərbaycan xalqını təbrik edib




Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

Şəffaflıq.az xəbər verir ki, paylaşımda deyilir:

"Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm! Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!

"Qarabağ Azərbaycandır!"

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Ordusunun Cəbrayıl şəhəri və bir neçə kəndi işğaldan azad etməsi münasibətilə "Instagram"da paylaşım edib.

"Report" xəbər verir ki, Mehriban Əliyeva sosial şəbəkə hesabında Prezident Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun uğuru ilə bağlı "Twitter" statusunu paylaşıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Twitter"də bu gün işğaldan azad edilən ərazilərlə bağlı paylaşım edib.


Dövlət başçısı yazıb:

"Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!"

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}