Günün qoroskopu: Bilik və bacarıqlarınızı artırın

 #QOROSKOP

ŞƏFFAFLIQ.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç -  yaxşı gəlir əldə edə bilərsiniz. İstək və niyyətlərinizin əsiri olmayın. Onlar sizi planlaşdırmadığınız yerə apara bilər. Uzaq səfər və ya səyahət məsləhət deyil.

Buğa - ehtiyatlı və sayıq olun. Xoşagəlməz hadisələrin yaşanma ehtimalı böyükdür. Eksperimentlər etməyin, riskə aludə olmayın. Bu minvalla təhlükəsizliyinizi təmin etmiş olarsınız. Uzun səfər üçün əlverişli gün deyil

Əkizlər - ekstremal hisslər sizi düşünülməmiş addımlar atmağa vadar etməsin. Sizə qarşı aqressiv mövqe tutan insanlarla görüşdən yayının. Bütün diqqəti öz işlərinizə yönəldin. Başqalarının işlərinə mümkün qədər az müdaxilə edin.

Xərçəng - Tələsməyin, düşünülməmiş addımlar atmayın. Təmkinlə davransanız, faydalı işlər görərək yaxşı nəticələr əldə edə bilərsiniz. Başqasının dediklərindən daha çox, öz fikirlərinizə bel bağlayın.

Şir - təcrübəli, bilikli insanlarla təmaslarda xeyir var. Hüquqi məsələlərin həlli üçün münasib gündür. Şəxsi münasibətlərdə kiçik problemlər yarana bilər. Ruhdan düşməyin.

Qız - kiməsə yardım edə bilməyəcək, hətta vəziyyəti daha da korlayacaqsınız. Alış-verişdə bədxərclik etməyin. Nə isə almaq istəyirsinizsə, o əşyanın sizə nə dərəcədə gərəkli olduğunu düşünün.

Tərəzi - aktiv və enerjili olun. Hər şey istədiyiniz kimi getməsə də, hadisələrin axarını dəyişərək məcrasına müdaxilə etməyə çalışmayın. Situasiya ilə barışın, şanslar və imkanlardan yararlanın. Mənasız, heç bir əsası olmayan məsrəflər etməyin.






Project GLO

Əqrəb - indiyədək bədxahlarınızın yanında olan şəxs müttəfiqinizə çevrilə bilər. Şəxsi münasibətlərdə təşəbbüs üçün əlverişli zamandır. Yeni tanışlıqlar asanlıqla yaranır. Emosiyalara qapılmayın, illüziyaların əsiri olmayın.

Oxatan - maraqlı, əlverişli və məhsuldar gündür. İstənilən, hətta ən çətin işə başlaya bilərsiniz. Bilik və bacarıqlarınızdan yararlanın. Yalnız kəskin zərurət yarananda yardım üçün dostlara müraciət edin. Tanışlar və ya tərəfdaşlar sizə dəstək verə bilərlər.  

Oğlaq -  Daşınmaz əmlak və ya nəqliyyat vasitəsi ilə bağlı əməliyyatlar məsləhət deyil.
Emosional fon stabil deyil. Gah sevinir, gah da səbəblərini özünüz anlamadığınız təlaşa və nigarançılığa qapılırsınız. Yaxınlarınızla dil tapmaq çətinləşir. Sevdiyiniz insanla münaqişə yaratmayın.

Dolça -  çətin olacaq. Yaranan problemlər və formalaşan çətinliklər mürəkkəbdir. Onları çözmək üçün baş sındırmalı olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları yarana bilər. Dövlət qurumlarının nümayəndələri ilə təmaslarda diqqətli olun.

Balıqlar - yaranmış situasiyada necə davranacağınızı müəyyənləşdirin. Yaxın ətrafınızdakı insanlar bunu dəqiqləşdirə bilmirlər. Yeni iş və ya layihəyə başlamaq olar. Bilik və bacarıqlarınızı artırın, dünyagörüşünüzü genişləndirin. Milli.Az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}