ÜST koronavirusdan ölüm sayını proqnozlaşdırdı
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı təsirli peyvəndin kütləvi şəkildə əlçatan olmasına qədər 2 milyonadək insanın COVİD-dən dünyasını dəyişəcəyini proqnozlaşdırır.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ÜST-ün səhiyyə sahəsi üzrə fövqəladə hallar proqramının direktoru Maykl Rayan brifinqdə deyib.
“Bunu təsəvvür etmək çətin olsa da, mümkün olmayacaq bir şey deyil. Çünki 9 ay ərzində 1 milyonadək insanı itirmişik və yaxın 9 ay ərzində peyvəndin hazır olmasını diqqətlə izləyirik”, - deyə Maykl Rayan bildirib.
Onun sözlərinə görə, hazırda vaksinin maliyyələşdirilməsi, istehsalı və qiyməti ilə bağlı problemi də var.
Rayan, eyni zamanda qeyd edib ki, son zamanlar xəstəxanalara yerləşdirilənlər arasında ölüm halları da azalıb və dünya insan itkisini azaltmaq üçün əvvəlki 9 aydan dərs götürməlidir.
Facebook-da paylaş