Zelenski koronavirusun ikinci dalğasını elan etdi
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə koronavirus pandemiyasının ikinci dalğasının başladığını elan edib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb. “Hazırda gündəlik 3 min yoluxma sayı olur. Təəssüf ki, bu Ukraynada ikinci dalğanın olması deməkdir”, - deyə Zelenski bildirib.
Prezidentin sözlərinə görə, birinci dalğa dövründə Ukraynada sutka ərzində yoluxma sayı 100-300 arasında dəyişirdi.
Xəbəri paylaş
Facebook-da paylaş