Zelenski SOCAR prezidenti ilə GÖRÜŞDÜ
Ukrayna Prezidenti Vladimir Zelenski SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Dövlət başçısı Ukrayna hakimiyyəti neft və qaz sahəsində SOCAR şirkəti ilə birlikdə layihələrin həyata keçirilməsinə imkan yaradacağını bildirib.
Tərəflər Ukraynanın qaz nəqliyyatı sahəsinə sərmayə imkanlarını müzakirə ediblər.
Vladimir Zelenski ötən ilin dekabrında Azərbaycana səfəri zamanı Ukraynada SOCAR-ın işi haqqında əldə olunmuş razılaşmaların reallaşdırılmasının əhəmiyyətini qeyd edib.
Görüşdə həmçinin SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və SOCAR-ın Ukraynadakı Nümayəndəliyinin rəhbəri Elçin Məmmədov iştirak etdilər.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş