Almaniya 2021-ci ildə pandemiyaya görə əlavə 96 mlrd. avro borc alacaq

 

Almaniya 2021-ci ildə koronavirus pandemiyası ilə əlaqədar əlavə olaraq 96 mlrd. avro borc alacaq.


Şəffaflıq.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə Almaniyanın Maliyyə naziri, vitse-kansler Olaf Şolts (Olaf Scholz) deyib.

"Gələn il də son dərəcə böyük bir büdcəmiz olacaq və təxminən 100 mlrd. avro dəyərində əlavə kreditlər cəlb edəcəyik, daha doğrusu – 96 mlrd. avrodan bir qədər çox", - deyə nazir bildirib.

O əlavə edib ki, cəlb olunacaq vəsaitlər ölkədə vəziyyətin sabitləşməsinə yönələcək: "Bu, daha öncə başlanan tədbirlərə dəstəyin davam etməsi baxımından da vacibdir".

Şolts büdcədəki əlavə vəsaitlərin 2020-ci ildə Almaniya iqtisadiyyatına və vətəndaşlarına dəstək verməyə başlayan proqramların, xüsusən iş yerlərinin qorunması üçün müəssisənin daha qısa bir iş gününə keçid proqramının dəstəklənməsi üçün istifadə olunacağını da açıqlayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}