Oğuz rayonunda iribuynuzlu heyvanlar arasında müəmmalı şəkildə tələfat olub

 

Oğuzda iribuynuzlu heyvanlar arasında kütləvi tələf olma halı qeydə alınıb.


Şəffaflıq.az xəbər verir ki, hadisə günün ikinci yarısında rayonun Tərkeş kəndində qeydə alınıb.

Kənd sakinlərinə məxsus iribuynuzlu heyvanlardan ibarət naxır kəndin inzibati ərazisindəki örüş sahəsində otlayan zaman onlarla iribuynuzlu heyvanın vəziyyəti pisləşməyə başlayıb. Qısa müddət ərzində sakinlərə məxsus 16 baş iribuynuzlu heyvan tələf olub. Mal-qara arasında gözlənilmədən baş verən tələfat barədə sakinlər Oğuz rayon Baytarlıq İdarəsinə və kənd məntəqəsinə xəbər veriblər.

Oğuz rayon Baytarlıq İdarəsinin rəisi Şavəddin Ramazanovun APA-nın yerli bürosuna verdiyi məlumata əsasən, Tərkeş kənd sakinlərinə məxsus mal-qara arasında gözlənilmədən baş verən tələfatla bağlı idarənin məsul şəxsləri əraziyə gələrək yerində tanış olublar. Bir-neçə ölmüş iribuynuzlu heyvandan müayinələr götürülüb. İlkin müayinə zamanı mal-qaranın otladığı sahədə zəhərli otların olduğu üzə çıxıb. Mal-qara arasında baş verən tələfatın dəqiq səbəbini aydınlaşdırmaq üçün ölmüş heyvan leşlərindən götürülmüş nümunələr analiz edilməsi üçün sentyabrın 18-də Respublika Baytarlıq İdarəsinin laboratoriyasına göndəriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}