“BƏLİ, MƏN ÇOX OTURDUM..." - “Əgər getsəm, tərəfdarlarımı qıracaqlar”
Belarus rəhbəri Aleksandr Lukaşenko bu gün Rusiya jurnalistlərinə müsahibə verib. Müsahibə üçün “Pervıy kanal”ın əməkdaşı Anton Vernitski və “Rossiya 1” televiziyasının əməkdaşı Yevgeni Rojkov Belarusa səfər ediblər.
A.Lukaşenko sualları cavablandırarkən etiraf edib ki, onun hakimiyyəti çox uzun çəkib:“Bəli, ola bilər ki, mən çox oturdum. Ola bilər ki, məni təkcə televizorda yox, ütüdə, çaynikdə də göstərirlər. Amma indi yalnız mən Belarusu müdafiə edə bilərəm”.
Seçkilərdən sonra ölkədə başlayan etiraz aksiyalarının səbəblərindən danışan Lukaşenko iddia edib ki, aksiyaları Polşa və Çexiyadakı mərkəzlər vasitəsilə amerikalılar idarə edir. Bununla yanaşı, o, daxili səbəblərin də olduğunu söyləyib, qeyd edib ki, onun hakimiyyəti dövründə Belarusda iki yeni nəsil formalaşıb: “Burjuyçiklərin böyük sinifi formalaşıb və doğrudan da narazılıq yaranıb, onlar hakimiyyət istəyir”.
Lukaşenko asanlıqla təslim olmayacağını söyləyib: “Mən elə-belə getməyəcəyəm. Əsrin dörddə biri müddətində Belarusu yenidən qurmuşam. Bunları atıb gedə bilmərəm. Əgər getsəm, tərəfdarlarımı qıracaqlar”.
Amma Lukaşenko Konstitusiya islahatından sonra növbədənkənar prezident seçkilərinin keçirilməsini istisna etməyib.
Şəffaflıq.az
Facebook-da paylaş