Lukaşenko xarici medianı ölkədən qovmaq istəyir
Avqustda Belarusu növbəti prezident seçkiləri gözləyir. İndiki dövlət başçısı Aleksandr Lukaşenko heç vaxt olmadığı qədər ciddi müqavimətlə üzləşib. Prezident vəziyyətdən çox narahatdır.
Şəffaflıq.az xəbər verir ki, Lukaşenko xarici medianı ölkədən qovmaq istəyir. O, məmurları xarici KİV-lə əməkdaşlıq edənlərin akkreditasiyalarının ləğvinə çağırıb.
“İnsanları meydanlara səsləyirlərsə, bizim qanunlara məhəl qoymurlarsa, qovun buradan. Bir daha təkrar etməyəcəyəm. Təhqir dalınca təhqir gəlir. Mənə hər cür çirkab atırlar. İndi də günahsız seçki komissiyalarının üzvlərinin üstünə düşüblər”.
Lukaşenko BBC-nin, “Azadlıq” radiosunun, “Azad Avropa”nın adını çəkib. Onun sözlərinə görə, xarici media ilə əməkdaşlıq edənlər insanları ictimai asayişi pozmağa səsləyir: “Hökumətin, Xarici İşlər Nazirliyinin hər şeydən xəbəri var. Prezidentin əmrini gözləyirlər. Ölkəyə belə münasibət göstərmək olmaz”.
Lukaşenko 1994-cü ildən Belarusa başçılıq edir. Dövlət başçısı seçkidəki əsas rəqiblərinin əksərinin həbsinə nail olub. Buna görə ölkədə böyük etiraz aksiyaları müşahidə edilir.
Facebook-da paylaş