ABŞ-da temperatur bir gündə 33 dərəcə düşdü, qar yağdı
Ötən gün ərzində ABŞ-ın bəzi ştatlarında havanın temperaturu 30 dərəcə enib və güclü qar yağmağa başlayıb.
Şəffaflıq.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Montana və Kolorado ştatlarının bir çox şəhərlərində qütb burulğanı adlanan hava fenomeni səbəbindən havanın temperaturu qısa müddətdə 30-33 dərəcə düşüb. Belə ki, bir gün əvvəl 30-35 dərəcə istilərin hökm sürdüyü iki ştatda saatlar içində havanın temperaturunun 1-3 dərəcəyə düşməsilə qış mövsümü başlayıb.
Ani temperatur düşüşünə görə sözügedən ştatlarda qar yağmağa başlayıb.
Sentyabr ayında yağan qardan təəccüblənən ABŞ-ın digər ştatlarında olan insanlar bu əyləncəli və nadir təbii hadisəni izləmək üçün Montana və Koloradoya axın ediblər. Hadisə ABŞ sosial mediasında da gündəm yaradıb.
Bu hava fenomeninin təsirinin azalması ilə hava istiliyinin sentyabrın 10-dan etibarən mövsümi normaya yüksələcəyi gözlənilir.
Facebook-da paylaş