BU GÜNÜN KORONAVİRUS STATİSTİKASI AÇIQLANDI - Yoluxanların sayında artım var

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 146 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 565 nəfər müalicə olunaraq sağalıb, 545 nəfər vəfat edib, aktiv xəstə sayı 2 082 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 179, bu günə qədər isə ümumilikdə 956 492 test icra olunub.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}